Belçikada sosial müavinətlərin kəsilməsinə qarşı kütləvi tətil başlayıb
sizinxeber.az xəbər saytı

Belçikada sosial müavinətlərin kəsilməsinə qarşı kütləvi tətil başlayıb


Belçikada 3 milyard avroluq pensiya və sosial müavinətlərin kəsilməsinə qarşı ümumi tətil başlayıb.

"Sizinxeber.az"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə krallığın üç ən böyük həmkarlar ittifaqı məlumat yayıb, etiraz aksiyası 24 saat davam edəcək.

Artıq müəllimlər, ictimai nəqliyyat, dəmir yolu və hava limanı əməkdaşları, o cümlədən təhlükəsizlik işçiləri, habelə həbsxana gözətçiləri, poçtalyonlar, yanğınsöndürənlər və kommunal xidmətlərin işçiləri tətildə iştirak edəcəklərini bildiriblər. RTBF telekanalının məlumatına görə, ictimai nəqliyyat praktiki olaraq fəaliyyət göstərməyəcək, hər üç şəhərlərarası qatar və avtobusdan yalnız biri işləyəcək, reyslərin təxminən 70 %-i ləğv edilib.

Krallığın polisi Brüsseldə avtomobil sürməməyi tövsiyə edib, çünki şəhərdə böyük tıxaclar gözlənilir. Bundan əlavə, həmkarlar ittifaqlarının təxmini hesablamalarına görə, şəhərin mərkəzi 50 000 – 100 000 adamın iştirak edəcəyi etiraz nümayişi üçün bağlanacaq. Şəhər rəhbərliyi nümayişin keçirilməsinə icazə verib.

Etiraza səbəb ölkə büdcəsində sosial xərclərin ildə 3 milyard avro azaldılması planları olub. Planları Baş nazir postuna namizəd, ifrat sağçı “Yeni Flamand Alyansı” Partiyasının sədri Bart De Vever hazırlayıb. O, xüsusən ölkənin hərbi xərclərinin artırılmasının tərəfdarıdır.

Oxşar xəbərlər

Keniyanın əsas hava limanının işçiləri tətilə başlayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada yanğınsöndürənlərin həmkarlar ittifaqı Olimpiadanın açılış günündə tətil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Volkswagen”in işçiləri ixtisarlara qarşı tətil edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Volkswagen” 2030-cu ilə qədər əməkdaşları işdən çıxarmadan 35 min iş yerini ixtisar edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa dəmiryolçuları hökuməti müddətsiz tətillə hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle