Keniyanın əsas hava limanının işçiləri tətilə başlayıblar
sizinxeber.az xəbər saytı

Keniyanın əsas hava limanının işçiləri tətilə başlayıblar


Keniyanın paytaxtı Nayrobidə “Como Kenyatta” beynəlxalq hava limanının işçiləri qurumun Hindistanın “Adani Group Holdings” şirkətinə icarəyə verilməsi planlarına etiraz olaraq tətilə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.

Tətil uçuşlarda gecikmələrə səbəb olub, buna görə də hava limanında sərnişin sıxlığı müşahidə edilir.

Keniya hava limanı işçiləri Həmkarlar İttifaqının baş katibi Moses Ndiemanın icarə müqaviləsini yenidən müzakirə etmək üçün yeddi günlük fasilə veriləcəyini bildirməsinə baxmayaraq, tətil davam edir.

Qeyd olunur ki, aviasiya sənayesi işçiləri “Adani Group Holdings”ə Keniyanın əsas hava mərkəzini idarə etməyə imkan verəcək tərəfdaşlığa qarşı çıxırlar. Onların fikrincə, sövdələşmə nəticəsində əcnəbilərin xeyrinə iş yerlərini itirə bilərlər.

Keniyanın Yollar və Nəqliyyat Nazirliyinin məlumatına görə, Kenyatta hava limanı ölkənin sərnişinlərinin 80 %-ni, yük daşımalarının isə 90 %-ni həyata keçirir, saatda 35 təyyarə daşımaq qabiliyyətinə malikdir.

Oxşar xəbərlər

Tehran hava məkanını bütün uçuşlar üçün bağlayıb? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ben-Qurion hava limanı sentyabrın 2-də bağlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Efiopiyada 6 milyard dollara Afrikanın ən böyük hava limanını tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə 58-ci aeroport istifadəyə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Frankfurt hava limanında etiraz aksiyası keçirən ekofəallar saxlanılıblar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər