Xorvatiyada prezident seçkilərinin ikinci turu başlayır
Xorvatiyada yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) saat 19:00-a qədər (22:00) davam edəcək prezident seçkilərinin ikinci turunda səs vermək üçün ölkə daxilində və xaricdə 6,5 mindən çox seçki məntəqəsi açılıb.
“Report” xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, seçkilərdə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir. Onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq.
Ölkə vətəndaşları ikinci tura keçən iki namizəddən birinə səs verməli olacaqlar. Beş il müddətinə dövlət başçısı postuna namizədlər əvvəlki turda birinci və ikinci yerləri tutmuş hazırkı prezident Zoran Milanoviç və həkim, alim, keçmiş elm, təhsil və idman naziri Draqan Primorakdır.
Qeyd edək ki, 2024-cü il dekabrın 29-da keçirilən ilk turda Xorvatiya prezidenti postuna 8 namizəddən heç biri 50%-dən çox səs toplaya bilməyib. Milanoviç və Primorak müvafiq olaraq 49,09 % və 19,35 % səs toplayıblar. İkinci turda qalib nisbi səs çoxluğuna görə seçiləcək. Yəni rəqibindən daha çox səs toplayan namizəd olacaq.
Xorvatiyanın Nova TV telekanalının sifarişi ilə IPSOS agentliyinin araşdırmasına görə, Zoran Milanoviç hələ də Draqan Primoraç üzərində əhəmiyyətli üstünlüyə malikdir.
Oxşar xəbərlər
Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovada prezident seçkiləri: Sandu qələbə qazanır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












