Xorvatiyada prezident seçkilərində səsvermə başa çatıb
Dekabrın 29-da Xorvatiyada keçirilən prezident seçkilərində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) seçki məntəqələrinin bağlanması ilə başa çatıb və səslərin hesablanması başlayıb.
"Report"un Xorvatiyanın Dövlət Seçki Komissiyasına (DSK) istinadən verdiyi məlumata görə, saat 16:30-a (Bakı vaxtı ilə 19:30) seçici fəallığı 36,09 faiz təşkil edib ki, bu da 2,5 faizdən çoxdur, 2019-cu il prezident seçkiləri ilə müqayisədə daha azdır.
Qeyd edək ki, bazar günü Xorvatiya vətəndaşları daha beş il müddətinə prezident seçiblər. Bu seçkilərdə 3 milyon 762 min 224 vətəndaşın səsvermə hüququ var. Onlardan 250 mini xaricdə yaşayır.
Dövlət başçısı postu uğrunda 8 nəfər mübarizə aparır. Favoritlər hazırkı prezident Zoran Milanoviç və onun əsas siyasi rəqibi, hakim Xorvatiya Demokratik Birliyi partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primorakdır. Digər namizədlər "Most" partiyasının nümayəndəsi Miro Bul, müstəqil namizəd Tomislav Yoniç, sol partiyası "Mozhemo!"nun lideri İvana Kekin, DOMiNO partiyasının vitse-prezidenti Branka Lozo, müstəqil namizədlər Mariya Selak Raspudiç və Niko Tokiç Kartelodur.
Əgər birinci turda namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, 14 gün sonra ikinci tur keçiriləcək. İkinci turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
Oxşar xəbərlər
Uruqvayda ümumi seçkilərdə səsvermə başa çatıb
Moldovada prezident seçkiləri və referendumda səsvermə başa çatıb
Uruqvayda prezident seçkilərində səsvermə başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
