JPMorgan: Kaliforniyada meşə yanğınlarında sığortaçıların itkiləri 20 milyard dollara çatır
sizinxeber.az xəbər saytı

JPMorgan: Kaliforniyada meşə yanğınlarında sığortaçıların itkiləri 20 milyard dollara çatır


ABŞ-nin Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində ümumi zərər 50 milyard dollara yaxın qiymətləndirilir. Onun 20 milyard dolları sığorta şirkətlərinə təsir edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti "JPMorgan"ın məlumatlarına istinadən məlumat yayıb.

ABŞ bankının öz müştərilərinə göndərdiyi məktubda sığortaçıların itkilərlə bağlı proqnozları iki dəfə artırılıb - bir gün əvvəl itkilər 10 milyard dollar həcmində qiymətləndirilib.

Mütəxəssislər qiymətləndirmənin bu qədər yuxarı olmasının səbəbini yanğının daha geniş ərazilərə yayılması ilə izah edirlər.

Kaliforniya Yanğınsöndürmə Xidmətinin məlumatına görə, Los-Anceles dairəsində yanğınların ümumi sahəsi təxminən 11 min hektara çatıb. Alov mindən çox tikilini məhv edib və ən azı 5 nəfərin ölümünə səbəb olub, 175 mindən çox istehlakçı işıqsız qalıb.

Oxşar xəbərlər

Kaliforniya yanğınların zərəri 50 milyard dollara yaxındır
Kaliforniyada yanğınların zərəri 50 milyard dollara yaxındır
Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan 50 milyard dolları keçə bilər
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
Səudiyyə Ərəbistanının suveren fondunun aktivləri 925 milyard dollara çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle