Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan 50 milyard dolları keçə bilər
sizinxeber.az xəbər saytı

Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan 50 milyard dolları keçə bilər


Kaliforniyanın Los-Anceles dairəsində baş verən yanğınların zərəri 50 milyard dolları keçə bilər.

APA xəbər verir ki, bu barədə “Associated Press” “AccuWeather” konsaltinq şirkətinin bu proqnozlarına istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, yanğından ilkin zərər və iqtisadi itkilər 52-57 milyard dollar arasında olacaq.

Şirkət hesablamalarında hansı göstəriciləri nəzərə aldığını hələ açıqlamayıb.

Ştatın yanğından mühafizə xidmətinin məlumatına görə, yanğınların ümumi sahəsi 10 min hektarı ötüb və artmaqda davam edir.

Yanğın 1000-dən çox binanı yararsız vəziyyətə salıb, ən azı iki nəfərin ölümünə səbəb olub və Los Ancelesin dairəsinin 950.000-dən çox abunəçisini işıqsız qoyub.

Oxşar xəbərlər

Qaradağda yanğın olub - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda və Göyçayda ev yanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxda evdə yanğın olub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fitch: Qasırğa səbəbilə ABŞ-da sığortalanmış zərər 100 milyard dolları keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Modul Elektrik Stansiyasında seminar-müşavirə və təlim keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər