Kaliforniyada yanğınların zərəri 50 milyard dollara yaxındır
sizinxeber.az xəbər saytı

Kaliforniyada yanğınların zərəri 50 milyard dollara yaxındır


ABŞ-nin Kaliforniya ştatında tüğyan edən yanğınların iqtisadi zərəri təxminən 50 milyard dollar qiymətləndirilir.

Sizinxeber.az xəbər verir ki, bu haqda ABŞ-nin “JPMorgan Chase” bankının öz müştərilərinə yazdığı məktubda deyilir.

"Yanğınlardan gözlənilən iqtisadi zərər dünəndən iki dəfədən çox artıb və 50 milyard dollara yaxınlaşır", - deyə məktubda bildirilir.

Qeyd edək ki, Kaliforniyada vəziyyət son dərəcə gərgin olaraq qalır. Los-Anceles dairəsi on minlərlə sakin üçün məcburi təxliyə əmri verib.

Şəhərin yanğınsöndürmə rəisi bu qədər böyük yanğınla mübarizə aparmaq üçün kifayət qədər vəsaitin olmadığını deyib.

Güclü küləklər vəziyyəti çətinləşdirir, aviasiya əməliyyatlarını dayandırır.

Oxşar xəbərlər

Kaliforniya yanğınların zərəri 50 milyard dollara yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kaliforniyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Los-Ancelesdə yanğın nəticəsində dəyən ziyan 50 milyard dolları keçə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kaliforniyada meşə yanğını 300 hektardan çox əraziyə yayılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər