Tramp ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan edə bilər
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp müttəfiqlər və rəqiblər üçün ümumi rüsumlara hüquqi əsas yaratmaq məqsədilə ölkə iqtisadiyyatında fövqəladə vəziyyət elan etmək imkanını nəzərdən keçirir.
“Sizinxeber.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu addım Trampa ölkədə fövqəladə vəziyyət zamanı prezidentə idxalı idarə etmək səlahiyyəti verən "Beynəlxalq iqtisadiyyatda müstəsna səlahiyyətlər haqqında Qanun"dan istifadə edərək yeni tarif proqramı yaratmağa imkan verəcək.
"Heç nə istisna edilmir", - mənbə telekanala bildirib və ölkədə fövqəladə vəziyyətin elan edilməsi məsələsinin müzakirə edildiyini təsdiqləyib.
Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp ABŞ-yə bütün ölkələrdən idxala 10 %, Çin mallarına isə 60 % rüsum tətbiq edəcəyinə söz verib. O, həmçinin vəzifəyə başladığı ilk gün Kanada və Meksikadan idxala 25 % rüsum tətbiq edəcəyini bildirib.
Oxşar xəbərlər
Ekvadorda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqlayıb
Kanadanın baş naziri Trampa xəbərdarlıq edib
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
Tramp miqrantlarla mübarizə üçün fövqəladə vəziyyət elan edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
