Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
Kanada hökumətinin başçısı Castin Trüdo noyabrın 27-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25% rüsum tətbiq etməklə bağlı bəyanatına görə təcili iclas keçirəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.
İclasda Nazirlər Kabinetinin üzvləri və ölkənin bütün rayonlarının rəhbərləri iştirak edəcək. Görüş iştirakçıları Trampın təhdidlərinə Kanadanın cavabını hazırlamaq niyyətindədirlər. Hazırda Kanada ixracının 77%-i ABŞ-ın payına düşür.
Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum tətbiq edəcəyinə söz verib.
Oxşar xəbərlər
Meksika ABŞ-yə xəbərdarlıq edib
Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək
Trüdo: Ottava öz ölkəsində kanadalılara qarşı təhdidlərə dözməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
