Serbiyada məktəbdə 10 nəfəri öldürən yeniyetmənin valideynlərinə hökm oxunub
sizinxeber.az xəbər saytı

Serbiyada məktəbdə 10 nəfəri öldürən yeniyetmənin valideynlərinə hökm oxunub


Serbiyanın paytaxtı Belqraddakı “Vladislav Ribnikar” məktəbində 2023-cü ilin mayında qətliam törədən yeniyetmənin atası 14,5 il, anası isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Belqrad Ali Məhkəməsinin qərarına əsasən, hücumçunun təlim keçdiyi atıcılıq poliqonunun təlimatçısı da 15 ay həbs cəzası alıb.

“Report” bu barədə Serbiyanın Radio və Televiziyasına istinadən xəbər verir.

“Belqrad Ali Məhkəməsi 2023-cü il mayın 3-də Vladislav Ribnikar məktəbində doqquz şagirdi və bir mühafizəçini güllə ilə qətlə yetirən, həmçinin beş şagirdi və tarix müəllimini yaralayan oğlanın valideynləri Vladimir və Milyana Keçmanovicə birinci instansiya hökmü çıxardı. Vladimir Keçmanoviç ictimai təhlükəsizliyə qarşı ağır cinayətə görə 12 il, yetkinlik yaşına çatmayan şəxsə qarşı amansızlıq göstərdiyinə görə isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun ümumi həbs cəzası 14,5 ildir”, - televiziya məhkəmə qərarına istinadən bildirib.

"Hakim qeyd edib ki, sübutlar Keçmanoviçin övladına lazımi psixoloji dəstəyi verməyərək, valideynlik öhdəliklərinə laqeyd şəkildə yanaşdığını göstərir", - məlumatda deyilir.

Oxşar xəbərlər

Serbiyada məhkəmə məktəbdə 10 nəfəri öldürən uşağın valideynlərinə hökm oxuyub
Məhkəmə Sarkozinin azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayıb
Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə hökm oxunub
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Nicata hökm oxundu: 5 il, məntəqə tipli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle