FTB əməkdaşları Ağ Ev yaxınlığında baş verən atışma yerinə gəliblər - YENİLƏNİB
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Ağ Ev yaxınlığında baş verən atışma yerinə gəliblər və Məxfi Xidmət əməkdaşlarına kömək edirlər.
Sizinxeber.az xəbər verir ki, bu barədə FTB direktoru Keş Patel öz “X” hesabında məlumat verib.
"FTB hadisə yerindədir və Ağ Ev ərazisi yaxınlığında atışmalara cavab olaraq Məxfi Xidməti dəstəkləyir. Biz ictimaiyyəti ən qısa zamanda məlumatlandıracağıq", - o yazıb.
“DC News Now” portalının əməkdaşı Kris Fleneqan atışma zamanı ABŞ prezidenti Donald Trampın Ağ Evdə olduğunu bildirib.
"Biz karantin rejimindəyik. Prezident Tramp Ağ Evdədir", - o “Facebook” hesabında yazıb.
***
02:40
Vaşinqtonda Ağ Evin yaxınlığında 20-dən çox atəş səsi eşidilib.
Sizinxeber.az xəbər verir ki, hazırda ABŞ prezidentinin iqamətgahının damında snayperlərin xidmət apardığı bildirilir.
Atışma olan vaxt binanın içərisində olan jurnalistlər tələsik brifinq otağına təxliyə edilib.
Bəzi məlumatlara görə, atışma Ağ Evin ərazisindən kənarda baş verib. 20-30 arasında atəş səsi eşidilib. Hadisə yerinə polis qrupları cəlb edilib.
Oxşar xəbərlər
Ağ Evin yanında atışma: Silahlı şəxs zərərsizləşdirilib, Tramp təhlükəsiz ərazidədir
Ağ Evin yaxınlığında 20-dən çox atəş səsi eşidilib
Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib
Ağ Ev yaxınlığında atışma olub
Trampın çıxışı zamanı Ağ Ev yaxınlığında atışma olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
