Putin əmr etdi: “Dərhal cavab verilsin”
sizinxeber.az xəbər saytı

Putin əmr etdi: “Dərhal cavab verilsin”


Vladimir Putin Rusiyanın nəzarətində olan Luqansk vilayətinin Starobelsk şəhərindəki kollecə endirilən zərbəni terror aktı adlandırıb.

Sizinxeber.Az  xəbər verir ki, prezident Rusiya Müdafiə Nazirliyinə mümkün cavab tədbirləri ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

“Kiyevdəki neonasist rejim Starobelsk Pedaqoji Kollecinin tələbə yataqxanasına terror zərbəsi endirib. Özüdə hücum gecə vaxtı, tələbələr yatarkən həyata keçirilib”, – deyə Putin bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində 6 nəfər həlak olub, daha 39 nəfər yaralanıb, 15 nəfər isə itkin düşmüş hesab olunur. Hadisə yerində dağıntıların təmizlənməsi işləri davam edir.

Putin qeyd edib ki, zərbə təsadüfi olmayıb, çünki yataqxananın yaxınlığında hərbi təyinatlı obyektlər yoxdur.

NOCOMMENT.az


Oxşar xəbərlər

Putin "Crocus"da terrorçunu zərərsizləşdirməyə cəhd edən şəxsi ölümündən sonra mükafatlandırıb
Putin Bryansk və Kursk vilayətlərində qatarın partladılmasını terror aktı adlandırıb
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
Putin aprelin 1-dək Ukrayna ilə müharibədə itkin düşən hərbçilərin axtarışı ilə bağlı tapşırıq verib
Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər