ABŞ İran müharibəsi səbəbilə Yaponiyaya “Tomahawk” raketlərinin çatdırılmasını təxirə salacaq
sizinxeber.az xəbər saytı

ABŞ İran müharibəsi səbəbilə Yaponiyaya “Tomahawk” raketlərinin çatdırılmasını təxirə salacaq


ABŞ İrana qarşı müharibənin yaratdığı silah çatışmazlığı səbəbilə Yaponiyaya “Tomahawk” qanadlı raketlərinin verilməsini təxirə salacaq.

Bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə aprel ayında Yaponiyanın Nazirlər Kabinetinin katibi Minoru Kihara 2025-2027 maliyyə illəri arasında 1600 km mənzilli 400 “Tomahawk” raketinin çatdırılması planının qüvvədə qaldığını bildirmişdi.

Lakin “Financial Times”ın məlumatına görə, bu tarix indi iki il təxirə salına bilər.

“Bloomberg” yaydığı məlumata görə isə ABŞ İranla qarşıdurma zamanı ehtiyatlarının tükənməsi səbəbilə Yaponiyaya 2028-ci ilin mart ayına qədər 400 “Tomahawk” raketi çatdıra bilməyəcəyini bildirib.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, ABŞ İrana qarşı müharibənin ilk beş həftəsində 1000-dən çox “Tomahawk” raketi atıb. Hərbi əməliyyatlar başlamazdan əvvəl ABŞ-ın arsenalında ümumilikdə 3100 belə raket var idi.

Oxşar xəbərlər

ABŞ HDQ "Tomahawk" və "SM-6" raketləri üçün 7 milyard dollardan çox büdcə tələb edib
ABŞ Niderlanda 175 ədəd “Tomahawk” raketi satacaq
Almaniya ABŞ-dan “Tayfun” və “Tomahawk” almaq müraciətini nəzərdən keçirir
KİV: ABŞ İranın nüvə obyektlərini xüsusi bombalar və qanadlı raketlərlə vurub
Ukraynaya “Tomahawk” raketləri veriləcək? Ekspertlər Trampın siyasətində dönüş gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər