Serbiyada məhkəmə məktəbdə 10 nəfəri öldürən uşağın valideynlərinə hökm oxuyub
2023-cü ilin mayında Belqraddakı Vladislav Ribnikar məktəbində qətliam törədən yeniyetmənin atası 14,5 il, anası isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sizinxeber.az xəbər verir ki, Serbiyanın Radio və Televiziyası (RTS) Belqrad Ali Məhkəməsinin qərarına əsasən, uşağın təlim keçdiyi atıcılıq poliqonunun təlimatçısının da 15 ay həbs cəzası aldığı məlumatını yayıb.
“Belqrad Ali Məhkəməsi 2023-cü il mayın 3-də Vladislav Ribnikar məktəbində doqquz şagirdi və bir mühafizəçini güllələyən, həmçinin beş şagirdi və tarix müəllimini yaralayan uşağın valideynləri Vladimir və Milyana Keçmanoviçlərə birinci instansiya hökmü çıxarıb.”, - deyə RTS məhkəmə qərarına istinadən qeyd edib.
Hakim hesab edib ki, sübutlar ata Keçmanoviçin uşağa lazımi psixoloji dəstəyi göstərməyərək, öz valideynlik öhdəliklərini kobud şəkildə laqeyd qoyduğunu göstərir.
Ata, həmçinin yetkinlik yaşına çatmayan uşağın tapa biləcəyi şəkildə silahı düzgün saxlamamaqda günahkar bilinib. Hakim Vladimir Keçmanoviçin silahın lazımi qaydada qorunduğuna dair iddiasını rədd edib.
Qeyd edək ki, 3 may 2023-cü ildə 13 yaşlı uşaq iki tapança və “Molotov kokteyli” ilə təhsil müəssisəsinə gələrək Belqradın mərkəzindəki məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıb.
Uşağın yaşı az olduğu üçün onu cinayət məsuliyyətinə cəlb eləmək mümkün olmayıb və o psixiatrik xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial ödənişlər proaktiv təyin ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Coratda ərini öldürən qadına hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












