KİV: Suriya Əsədi dəstəklədiyi üçün İrandan 300 milyard dollar təzminat tələb edəcək
sizinxeber.az xəbər saytı

KİV: Suriya Əsədi dəstəklədiyi üçün İrandan 300 milyard dollar təzminat tələb edəcək


Suriyanın yeni hökuməti beynəlxalq məhkəmələrə şikayət edərək İrandan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəklədiyinə görə 300 milyard dollar təzminat tələb etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə “Al Modon” mənbəyə istinadən xəbər verib.

“Yeni administrasiya İranın suriyalılara və Suriya infrastrukturuna qarşı siyasətlərinə görə 300 milyard dollar təzminat ödəməsi tələbini özündə əks etdirən memorandumun üzərində işləyir”, - məlumatda qeyd olunub.

Suriya hakimiyyəti bildirib ki, rəsmi Tehran suriyalılara qarşı cinayət törətməklə yanaşı müxalif qüvvələrə qarşı qərəzli olub, Əsədlə iş görməyə üstünlük verib.

Həmçinin qeyd edilib ki, hazırda Suriya ilə İran arasında heç bir diplomatik təmas yoxdur.

Oxşar xəbərlər

Fransaya qarşı 100 milyardlıq iddia başlamalıdır
İran öldürülən generalına görə ABŞ-dən fantastik məbləğdə təzminat istəyib
KİV: İsrail Ordusu Suriya ərazisinə daxil olub
Suriya XİN: Ölkə tarixində yeni səhifə açılıb
Suriya Prezidenti yeni hökuməti formalaşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər