Kanadada müxalifət lideri Trüdonu devirməkdə israrlıdır
Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Poilievr Milad tətilinə çıxan parlamentin Baş nazir Castin Trüdo hökumətinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi üçün təcili çağırılmasını tələb edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə siyasətçi “X” hesabında paylaşıb dib.
“Mən Kanadanın Baş Qubernatoru Meri Saymona məktub yazdım ki, Baş nazir İcmalar Palatasının (aşağı palata) etimadını itirib. Odur ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə səs vermək üçün ilin sonuna qədər parlament çağırılmalıdır”, - məlumatda deyilir.
Castin Trüdoya sadiq olan Kanadanın “Yeni Demokratik Partiyası”nın lideri Caqmit Sinqh, partiyasının 2025-ci ildə hökumətin istefaya getməsi üçün səs verəcəyini vəd edib.
Kanada Parlamenti artıq Milad tətilinə çıxıb. İclaslar yanvarın 27-də davam etdirilməlidir. Kanada qanunlarına görə, Baş Qubernator Parlamentin növbədənkənar iclasını çağıra bilər.
Xatırladaq ki, 10 dekabrda Kanada parlamentinin İcmalar Palatası (aşağı palatası) üçüncü dəfə müxalif Mühafizəkarlar Partiyasının Baş nazir Castin Trüdoya etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib.
Oxşar xəbərlər
Kanadanın müxalifət lideri: Trüdo ölkədə vəziyyətə nəzarəti itirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müxalifət Castin Trüdonu Kanadada nifrət cinayətlərinin artmasında günahlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanadanın baş naziri Trampa xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya DİN-in sabiq rəhbəri Mühafizəkarlar Partiyasının lideri olmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trüdo üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












