Britaniya Suriyanın yeni rəhbərliyi ilə əlaqə yaradıb
Böyük Britaniya Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” qruplaşması ilə əlaqə yaradıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi məlumat verib.
“Biz nümayəndəli, əhatəli hökumət görmək istəyirik. Kimyəvi silah ehtiyatlarının idarə olunmasını, istifadə edilməməsini və Suriyada zorakılığın davam etməməsini təmin etmək istəyirik. Bütün bu səbəblərə görə, əlimizdə olan bütün kanallardan istifadə edərək, bunlar diplomatik və təbii ki, kəşfiyyat kanallarıdır, biz “Həyat Təhrir əş-Şam” ilə tələb olunan sahələrdə işləməyə çalışırıq”, - deyə nazir vurğulayıb.
Bundan əvvəl krallığın hakimiyyət orqanları “Həyat Təhrir əş-Şam” qruplaşmasının statusuna yenidən baxılması imkanlarını müzakirə etməyə söz verib.
Oxşar xəbərlər
Almaniya Müdafiə Nazirliyi "Həyat Təhrir əş-Şam" ilə danışıqlara başlamaq niyyətindədir
Rusiya Suriyada hakimiyyəti ələ keçirən “Həyət Təhrir əş-Şam”la əlaqə yaradıb
İran Suriyada hakimiyyəti ələ keçirən müxalifət liderləri ilə əlaqə qurub
Britaniya Suriyada HTŞ ilə danışıqların aparılacağını istisna etmir
Pentaqon Suriyada kimyəvi silah ehtiyatlarının olduğunu etiraf edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












