Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb
sizinxeber.az xəbər saytı

Rusiyada 5,4 maqnitudalı zəlzələ qeydə alınıb


Rusyanın Kamçatka yarımadasının Kronotsk körfəzində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

"Bu gün dekabrın 15-də səhər Kronotsk körfəzinin akvatoriyasında 5,4 maqnitudalı seysmik hadisə baş verib. Zəlzələ ocağı 123 km dərinlikdə, episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib", - məlumatda deyilir.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatka və Vilyuçinsk şəhər dairələrində, həmçinin Yelizovsk rayonunda iki maqnitudada hiss olunub.

Sunami təhlükəsi elan edilməyib.

Oxşar xəbərlər

Kamçatkada 5,6 maqnitudalı zəlzələ olub
Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verib
Rusiyada 5,6 maqnitudalı zəlzələ olub
Rusiyada 7 maqnitudada zəlzələ baş verib
Rusiyada güclü zəlzələ baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər