Finlandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır
Finlandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında deyib.
Həmçinin Finlandiya Ukraynaya 26-cı müdafiə dəstəyi paketini təsdiqləyib.
Qeyd olunub ki, rəsmi Helsinki Kiyevə növbəti yardım paketini formalaşdırmağa başlayıb.
Ukrayna dövlətinin başçısı Finlandiyaya genişmiqyaslı müharibə başlayandan bəri müstəqilliyin və xalqın qorunmasına prinsipial və daimi dəstəyə görə təşəkkür edib.
Ukrayna Prezidenti bu gün səhər saatlarında Rusiyanın ölkənin enerji infrastrukturuna kütləvi hücumunun nəticələri barədə məlumat verib. O həmçinin əlavə hava hücumundan müdafiə sistemləri və vasitələrinə ehtiyacdan danışıb.
Ukrayna lideri ölkəsinin hava hücumundan müdafiəsini gücləndirməyə kömək etmək istəyinə görə həmkarına təşəkkür edib.
Söhbət zamanı dövlət başçıları Ukrayna üçün ədalətli və davamlı sülh şəraitində müharibəyə son qoymaq və Rusiya hücumlarının təkrarlanması ehtimalının qarşısını almaq üçün atılmalı olan addımları müzakirə ediblər. Onlar Ukrayna üçün real təhlükəsizlik təminatlarına ehtiyac olduğunu vurğulayıblar.
Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO-ya mümkün üzvlüyünə xüsusi diqqət yetirilib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
