Fransada müxalifət lideri ölkəsinin Aİ-dən çıxmasını tələb edib
“Fransa Avropa İttifaqından çıxmalıdır”.
“Report” xəbər verir ki, bunu ölkənin “Vətənpərvərlər Partiyası”nın lideri Florian Filippo Parisdə keçirdiyi mitinqdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatının və Parisin xilası üçün Fransa Avropa İttifaqından çıxmalıdır.
Siyasətçinin fikrincə, ölkə prezidenti Emmanuel Makronun istefası bu məqsədə yaxınlaşmağa kömək edər:
“Bu, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin getməsinə səbəb olmaqla yanaşı, bizi yoxsulluğa və müharibəyə sürükləyən Avropa İttifaqının bütün çürük sisteminin dağılmasını daha da yaxınlaşdıracaq”.
Qeyd edək ki, dekabrın 6-da Ursula fon der Lyayen Aİ ilə Cənubi Amerikanın ümumi bazarı “Mercosur” arasında Fransa tərəfindən rədd edilən saziş üzrə danışıqların başa çatdığını elan edib.
Ukrayna məhsullarının Aİ zonasına nəzarətsiz idxalından zərər çəkən fransız fermerlər “Mercosur” ilə razılaşmanın onların maraqlarına yeni zərbə olacağından narahatdırlar. Xatırladaq ki, F.Filippo daha əvvəl E.Makronun istefasını tələb edib.
Oxşar xəbərlər
Partiya lideri: Parisdə Makronun istefası tələbi ilə nümayiş keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada partiya lideri Avropa İttifaqının məhv edilməli olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa XİN başçısına Avropa Komissiyasının vitse-prezidenti vəzifəsi təklif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransalı siyasətçi ölkəsini NATO-dan çıxmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












