İsrailin hava hücumunda azı 45 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

İsrailin hava hücumunda azı 45 nəfər həlak olub


İsrail hərbi hava qüvvələrinə məxsus təyyarələr Qəzza zolağındakı iki bölgəyə endirdiyi hava zərbələri nəticəsində azı 45 fələstinli həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Belə ki, İsrailin döyüş təyyarələri Xan-Yunis şəhəri yaxınlığında yerləşən Əl-Məvasi humanitar zonası adlanan ərazidə ərzaq anbarlarının ətrafını bombalayıb. Nəticədə azı 20 nəfər həlak olub, mərmi partlayışlarının baş verdiyi əraziyə yaxın olan onlarla ərəb qəlpə yaraları alıb.

İsrail hərbi hava qüvvələrinin Qəzza zolağının paytaxtının şimalındakı Şeyx-Radvan məhəlləsində bir neçə yaşayış binasını hədəf alan növbəti hücumunda 25 fələstinli həlak olub.

Qeyd olunub ki, reyd zamanı onlarla insan yaralanıb və bir neçə yerli sakin hələ də hava hücumu zamanı dağılmış binaların dağıntıları altında qalıb.

Oxşar xəbərlər

Al Jazeera: İsrailin Qəzzanın şimalına hava zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ-nin Beyruta hücumu nəticəsində 11 nəfər ölüb, 33 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya hava zərbələri nəticəsində 30-dan çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyrutda İsrail HHQ-nin hücumu nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələrdə 50-dən çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər