NATO-nun Baş katibi: Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələni etməliyik
Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələn hər şeyi etməliyik.
"Sizinxeber.az" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte alyansın Brüsseldə yerləşən mənzil-qərargahında ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib.
O qeyd edib ki, bu gün əsas diqqət yetirilməli məsələlərdən biri Ukraynadakı vəziyyətlə bağlıdır:
"Bu gün və sabah müzakirə edəcəyimiz iki mühüm məsələ var, onlardan biri Ukrayna ilə bağlıdır. Biz bilirik ki, döyüş meydanında vəziyyət ağırdır və Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələni etməliyik. Mən ABŞ-yə, həmçinin İsveç, Böyük Britaniya, Estoniya, Norveç və Almaniyaya son bir neçə gündə Ukraynaya əlavə hərbi yardım göndərildiyini elan etdiklərinə görə təşəkkür etmək istəyirəm. Bu, xüsusilə qışın gəldiyi və Ukraynanın enerji infrastrukturu ilə bağlı vəziyyətin məlum olduğu bir vaxtda olduqca vacib addım idi".
NATO Baş katibi vurğulayıb ki, Antoni Blinkenin səfəri çərçivəsində sabah Rusiyanın NATO müttəfiqlərinə qarşı artan aqressiyası və bununla mübarizə yolları müzakirə olunacaq:
"Ötən dörd il ərzində burada olduğunuz üçün təşəkkür edirəm. Lakin gələn il yanvarın 20-nə qədər hər gün sizə ehtiyacımız var və sizə güvənə biləcəyimizi bilirik".
Qeyd edək ki, 2025-ci il yanvarın 20-də ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimi olacaq və yeni hökumət formalaşacaq.
Oxşar xəbərlər
Niderland Ukraynaya yeni yardım paketi ayırıb
NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
Britaniya Baş naziri və NATO-nun Baş katibi Ukraynadakı vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
