Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə edib


"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin nümayəndələri və Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq görüş zamanı mina çirklənməsinin humanitar nəticələrini və bu sahədə beynəlxalq əməkdaşlığı müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Görüş zamanı tərəflər Azərbaycanda minalarla çirklənmənin humanitar nəticələrini, minatəmizləmə işlərinin mövcud vəziyyətini, əhalinin mina təhlükəsi riskləri barədə maarifləndirilməsi təşəbbüslərini, eləcə də mina qurbanlarının qarşılaşdığı problemləri müzakirə ediblər. Təşkilatın nümayəndələri həmçinin əvvəlki illərdə həyata keçirilmiş layihələrin və bu sahədə hazırlanmış hesabatların icmalını təqdim ediblər", - məlumatda qeyd olunub.

Tərəflər qlobal minalara qarşı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və Azərbaycanın mina probleminin miqyasını nəzərə alaraq, onun həllində dəstəyin gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Qeyd edilir ki, görüş konstruktiv atmosferdə keçib, tərəflər gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Oxşar xəbərlər

Azərbaycan və Niderland arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub
ANAMA rəsmisi NATO-da Azərbaycanda mina təhlükəsinin miqyasından danışıb
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
QHT rəhbəri: Ən çox tələ-minalara Xankəndidə rast gəlinib
Finlandiyanın sabiq müdafiə naziri ilə Azərbaycanda mina problemi müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər