Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb
sizinxeber.az xəbər saytı

Latviya Ukraynaya verilməsi üçün 500-ə yaxın dron hazırlayıb


Latviya Ukraynaya 500-ə yaxın pilotsuz uçuş aparatı verəcək. Onlar artıq göndərilməyə hazır vəziyyətdədir.

“Sizinxeber.az” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds sosial şəbəkələrdə məlumat verib.

“Növbəti PUA paketi hazırdır! 500-ə yaxın Latviya istehsalı olan dron müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacaq”, - o yazıb.

Ukrayna bu cür yardımı dron koalisiyası çərçivəsində alacaq. Bu təşəbbüsə Böyük Britaniya və Latviya rəhbərlik edir.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər