Qəzzada humanitar təşkilatların 300-dən işçisi həlak olub
Son bir ayda Qəzza zolağında humanitar təşkilatların ən azı 20 işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Save the Children” və “Oxfam” da daxil olmaqla səkkiz təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb.
“Onlar öz evlərində, qaçqın düşərgələrində və humanitar yardım apararkən həlak olublar. Bir çoxları öz yaxınlarını, ailə üzvlərini və qohumlarını itirib”, - telekanal bildirib.
Qeyd olunub ki, İsrailin aviazərbələrinin son qurbanları oktyabrın 19-da Fələstin anklavının cənubunda yerləşən Xan Yunisdə su kəmərinin təmiri zamanı həlak olan dörd mühəndis və iki fəhlə olub.
“İsrail hakimiyyət orqanları ilə əvvəlcədən razılaşdırılsa da, onların aydın işarələnmiş maşını vurulub. İsrail keçən il oktyabrda müharibəyə başladığından bəri Qəzzada 300-dən çox humanitar təşkilatların işçisi öldürülüb ki, bu da dünyada indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir”.
Oxşar xəbərlər
Əl-Cəzirə: Qəzzada bir ayda 20 humanitar yardım işçisi öldürülüb
Qəzzada 500-ə yaxın tibb işçisi həlak olub
OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
