Uttar-Pradeş ştatında rikşa və yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Uttar-Pradeş ştatında rikşa və yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub


Hindistanın Uttar-Pradeş ştatının Hardoy dairəsinin Bilqrem rayonunda 11 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli iqtidar orqanlarına istinadən Hindistan KİV məlumat yayıb.

“Altı qadın və üç uşaq da daxil olmaqla 11 nəfər həlak olub, daha dörd nəfər isə yük maşınının avtorikşaya çırpılması nəticəsində xəsarət alıb”, – məlumatda qeyd olunub.

Rayonun baş polis zabiti bildirib ki, qəza yük maşını və avtorikşanın motosikllə toqquşmamaq üçün yoldan çıxması sonucunda baş verib.

Məlumata görə, Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanath Hardoy dairə administrasiyasına xəsarət alanlara və həlak olanların qohumlarına dərhal kompensasiya ödənilməsi tapşırığı verib.

Oxşar xəbərlər

Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
Hindistanda avtobus yük avtomobili ilə toqquşub, 15 nəfər ölüb
Ucarda ağır qəza baş verib, üç nəfər ölüb, bir yaralı var - FOTO
ABŞ-də məktəbdə atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Bu ilin altı ayı ərzində ölkə ərazisində 36 partlayış hadisəsi baş verib, 22 nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər