Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək
Niderland Ukraynaya 42,6 milyon avro dəyərində pilotsuz uçuş aparatları (PUA) vermək niyyətindədir.
“Report”un məlumatına görə, bu barədə Niderland Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.
“Ukraynanın hazırda müasir PUA-lara böyük ehtiyacı var. Buna görə də Niderlandın “DeltaQuad” şirkəti Ukraynanı 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları ilə təmin edəcək”, - o yazıb.
Brekelmans bildirib ki, bu, PUA-larla bağlı planlarının ilk konkret icrasıdır.
Silahsız kəşfiyyat aparatları uzun məsafələrə uça bilir və döyüş meydanından real vaxt rejimində məlumat əldə etmək, informasiya toplamaq və düşmənin fəaliyyətinə nəzarət etmək üçün istifadə olunur.
Niderland tərəfi təhlükəsizlik baxımından sözügedən PUA-ların sayını açıqlamayıb.
Oxşar xəbərlər
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
Niderland Ukraynaya 28 ədəd “Vikinq” təhvil verəcək
Niderland öz tank batalyonunu yaratmaq niyyətindədir
Niderland Ukraynaya yeni yardım paketi ayırıb
Niderland Ukraynaya “F-16” tədarükü ilə bağlı öhdəliklərinə sadiqdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













