Qəzzadakı vəziyyətlə əlaqədar BMT TŞ-nin təcili iclası çağırılıb
Əlcəzair, Böyük Britaniya və Fransa Qəzza zolağında humanitar vəziyyəti müzakirə etmək üçün bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Qəzzanın şimal hissəsində humanitar vəziyyət dəhşət doğurur. BMT-nin məlumatına görə, son iki həftə ərzində ora demək olar ki, ərzaq yardımı daxil olmayıb. İsrail mülki şəxslərin müdafiəsini təmin etməli və humanitar yardımın çatdırılması üçün yolları açmalıdır. Biz bu problemi həll etmək üçün fransız və əlcəzairli həmkarlarımızla birlikdə bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmışıq”, - məlumatda qeyd olunub.
Onlar humanitar yüklərin çatdırılmasını təmin etmək üçün dərhal atəşkəsə çağırıblar.
Oxşar xəbərlər
Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb
Əlcəzair BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
