sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Almaniya Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirmək üçün 360 milyon avro ayıracaq
Almaniya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) azı 360 milyon avro verəcək.
"Sizinxeber.az"un məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxışı zamanı deyib.
"Almaniya ÜST-nin davamlı maliyyələşdirilməsini də dəstəkləyir. Buna görə də mən bu gün sizinlə Almaniyanın ÜST-ə ümumilikdə ən azı 360 milyon avro töhfə verəcəyini bölüşməkdən məmnunam", - Şolts bildirib. Eyni zamanda başqalarını da Almaniyadan nümunə götürməyə çağırıb.
Bazar ertəsi Berlində Ümumdünya Səhiyyə Sammiti başa çatıb. İştirakçılar bu sahədə mövcud problemləri müzakirə ediblər. Berlin tədbirini Almaniya, Norveç və Fransa təşkil edib.
Oxşar xəbərlər
Almaniya Qəzza əhalisinə yardım üçün daha 50 milyon avro ayıracaq
Almaniya XİN başçısı: Ukrayna qışda 100 milyon avro əlavə yardım alacaq
Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırıb
Almaniya Bundesliqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb
Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













