Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırıb
Bundestaq (Almaniya parlamenti) 2024-cü il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bunu RND-yə müsahibəsində Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Kristian Froydinq deyib.
"Bu, bizə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək", - o bildirib.
K.Froydinq qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Təkcə ötən həftə Kiyevə iki ədəd “IRIS-T SLM” və “SLS” zenit-raket kompleksi verilib. İlin sonuna kimi daha iki zenit sistemi, piyadaların döyüş maşınları, tanklar və artilleriya sursatları tədarük ediləcək.
Oxşar xəbərlər
Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək
Almaniya XİN başçısı: Ukrayna qışda 100 milyon avro əlavə yardım alacaq
Almaniya Ukraynaya hərbi yardımın həcmini 400 milyon avro artıracaq
Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
