sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
BMT: Ruandada Marburq virusundan 11 nəfər ölüb
Ruandada Marburq virusuna yoluxma ilə bağlı 36 hal müəyyən edilib, onlardan 11-i ölümcül olub.
“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Hazırda ölkənin 30 rayonundan 7-də təsdiqlənmiş 36 yoluxma, eləcə də 11 ölüm halı var”, - o deyib.
ÜST rəhbəri əlavə edib ki, 25 xəstə təcrid olunub və onlara tibbi yardım göstərilir, onlarla təmasda olan 300 nəfər isə nəzarət altında saxlanılır.
Xatırladaq ki, bu həftənin əvvəlində ÜST Ruandada ölümcül Marburq virusunun yayılması riskini milli səviyyədə çox yüksək qiymətləndirdiyini açıqlayıb.
Oxşar xəbərlər
ÜST yeni qlobal epidemiya riski barədə xəbərdarlıq edib
Bu il meymunçiçəyi virusundan 575 nəfər ölüb
Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır
Nigeriyada meymunçiçəyi virusuna 39 yoluxma halı qeydə alınıb
ÜST-nin Baş direktoru: Bu il Konqoda meymunçiçəyinə 18 mindən çox yoluxma olub, 629 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












