Yaxın günlərdə Polşa vətəndaşlarının Livandan təxliyəsi həyata keçiriləcək
Polşa öz vətəndaşlarını Livandan təxliyə etmək qərarına gəlib.
"Sizinxeber.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski məlumat verib.
"Livanda vəziyyət çox gərgindir. İsrail quru qoşunları əməliyyatına başlayıb. Ən azı onlarla vətəndaşımız ölkəyə qayıtmağı gözləyir. Onlar yaxın günlərdə Polşaya gələcəklər", - mətbuat katibi bildirib.
O qeyd edib ki, söhbət Livanda polyaklardan ibarət mütəşəkkil qruplardan getmir.
"Onlar əsasən ailələri ilə orada yaşayan və işləyən insanlardır. Uçuş hələ də mümkündür, çünki bir çox aviaşirkətlərin Livana uçuşları dayandırmasına baxmayaraq, hələ də çarter reysləri var”, - P.Vronski dəqiqləşdirib.
Oxşar xəbərlər
Britaniya XİN vətəndaşlarını Livandan çıxmağa çağırıb
İsrail ordusu: Livandan kütləvi raket hücumu edilib
KİV: Bundesver Livandan Almaniya vətəndaşlarını təxliyə etməyə hazırlaşır
KİV: İsrail Livanda bufer zonası yaratmaq üçün quru əməliyyatına hazırlaşır
Türkiyə vətəndaşlarının Livandan mümkün təxliyəsi üçün hazırlıqlara başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












