KİV: Bundesver Livandan Almaniya vətəndaşlarını təxliyə etməyə hazırlaşır
sizinxeber.az xəbər saytı

KİV: Bundesver Livandan Almaniya vətəndaşlarını təxliyə etməyə hazırlaşır


Bundesver Yaxın Şərqdə alman vətəndaşlarının genişmiqyaslı təxliyə əməliyyatına hazırlaşır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Spiegel” yazıb.

Bildirilir ki, təxliyəyə əsas kimi İranın bu həftə İsrailə zərbə endirəcəyini ehtimal edən kəşfiyyat məlumatları göstərilib.

Analitiklər, demək olar, əmindirlər ki, “Hizbullah” Livan ərazisindən İsrailə qarşı genişmiqyaslı hücuma başlayacaq.

Öz planlarında Almaniya hərbçiləri ilk növbədə almaniyalıların Livandan xilas edilməsinə diqqət yetirirlər. Almaniya Hərbi Hava Qüvvələrinin kiçik A400M nəqliyyat təyyarələri parkı və müvafiq ekipajları var ki, onlar da belə bir ehtimal üçün bir neçə gündür hazır vəziyyətdədirlər.

Təyyarələr bir neçə saatlıq uçuşla almanları Beyrutdan götürə, onları Kipr adasında endirə və yenidən Livan paytaxtına doğru yönələ bilərlər.

Almaniya hökumətinin məlumatına görə, hazırda Livanda 2 000-dən çox alman ola bilər. Lakin Almaniya Xarici İşlər Nazirliyi bu sayın daha çox ola biləcəyini ehtimal edir.

Oxşar xəbərlər

Zelenski Ukrayna vətəndaşlarının Livandan təxliyə edildiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Səudiyyə Ərəbistanına raket tədarükünə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şolts: Rusiya təyyarələrini və raketlərini vurmayacağam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladislav Qədirov: Hazırda favorit kimi Almaniya, İngiltərə və Fransa yığmalarını görürəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər