Aİ Moldova ilə danışıqlarda torpaqların əcnəbilərə satılmasını müzakirə edəcək
Brüssel ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar zamanı Moldovada torpaqların əcnəbilərə satılmasını müzakirə edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının Kişinyovdakı daimi nümayəndəsi Yanis Majeyks “Rlive” telekanalında məlumat verib.
“Avropa İttifaqında kapitalın sərbəst hərəkəti mövcuddur və bir Aİ üzv dövlətinin istənilən vətəndaşı digər üzv dövlətdə hər şeyi ala bilər. Bu, ölkəniz üçün bir iqtisadi artım yarada bilər. Mən çox az əhalisi olan tərk edilmiş kəndlər görürəm, oradakı torpaqlar əcnəbilərə satılsaydı, həmin ərazidə daha çox iqtisadi fəallıq olardı”, - deyə o qeyd edib.
O, Moldovada torpaq satışı ilə bağlı keçid dövrünə ehtiyac ola biləcəyini istisna etməyib.
Hazırda Moldova qanunları kənd təsərrüfatı torpaqlarının əcnəbilərə və ya nizamnamə kapitalında xarici investisiyalar olan şirkətlərə satılmasını qadağan edir. Xarici sahibkarlar bu məhdudiyyətləri aradan qaldırmağı təklif edirlər, lakin moldovalı fermerlər hakimiyyətdən tələb edirlər ki, əcnəbilərin kənd təsərrüfatı torpaqları almasına mane olsunlar.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
