Bayden Kobaxidzenin dünya liderlərinin şərəfinə təşkil edilən qəbula dəvətini ləğv edib
ABŞ Prezident Administrasiyası Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Prezident Co Baydenin ənənəvi olaraq Nyu-Yorkda Baş Assambleya çərçivəsində dünya liderləri və BMT nümayəndələri üçün təşkil etdiyi qəbula dəvətini ləğv edib.
“Report” bu barədə “Amerikanın səsi”nin (Voice of America, VoA) Gürcüstan xidmətinə istinadən xəbər verir.
Bundan başqa, ABŞ Prezident Administrasiyası Gürcüstan nümayəndə heyəti ilə planlaşdırılan bütün görüşləri, o cümlədən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqları ləğv edib.
Mənbələrin məlumatına görə, buna səbəb demokratiyaya və gürcü xalqının iradəsinə hörmətsizlik nümayiş etdirən Gürcüstan hökumətinin antidemokratik hərəkəti olub.
Oxşar xəbərlər
Gürcüstan Baş nazirinin adı Baydenin qəbul siyahısından çıxarılıb
Bayden BMT Baş Assambleyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək
Baş nazir: Gürcüstan parlamenti birpartiyalı ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
Günəşdə güclü partlayış oldu
