Gürcüstan Baş nazirinin adı Baydenin qəbul siyahısından çıxarılıb
sizinxeber.az xəbər saytı

Gürcüstan Baş nazirinin adı Baydenin qəbul siyahısından çıxarılıb



ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Amerikanın səsi” administrasiya və konqresdəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.

Yüksək səviyyəli administrasiya rəsmisi və Konqresdəki digər mənbə “Amerikanın Səsi”nə dəvətin ləğv edildiyini təsdiqləyib.

Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.

Məlumata görə, buna səbəb Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları, “xarici agentlər” qanununu qəbul etməsi, həmçinin yerli qeyri-hökumət təşkilatlarına qarşı münasibətidir.

“Amerikanın səsi”nin məlumatına görə, Gürcüstan hökuməti ilə ABŞ arasında son kommunikasiya zamanı rəsmi Tbilisi öz kursunu dəyişəcəyinə ümid verməyib.

Oxşar xəbərlər

Kobaxidze Latviya Prezidentinin Gürcüstanla vizasız rejimin dayandırılması çağırışına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların başlanma vaxtının Gürcüstan üçün vacib olmadığını deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər