Bayden BMT Baş Assambleyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək
ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
O, Amerika liderinin sentyabrın 23-də Nyu-Yorka gedəcəyinə aydınlıq gətirib.
“Prezident Baş Assambleyadakı çıxışından başqa, çərşənbə axşamı günü dünya liderləri ilə görüşərək qlobal sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı müzakirə edəcək”, – Jan-Pyer diqqətə çatdırıb.
Daha əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan təsdiqləyib ki, Bayden BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Oxşar xəbərlər
BMT Baş Assambleyası çərcivəsində NGBM-in ali səviyyəli toplantısı keçiriləcək
Ukrayna Prezidenti: Kurskdakı hərbi əməliyyatlar qələbə planımızın bəndlərindən biridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
