NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır
sizinxeber.az xəbər saytı

NATO Ukraynaya yardımı koordinasiya etmək üçün xüsusi komandanlıq yaradır


Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Almaniyadakı qərargahı ilə Ukrayna əsgərlərinə hərbi yardım və təlimlərin koordinasiyası üçün xüsusi komandanlığın yaradılması üzərində işləməyə davam edir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer məlumat verib.

“Biz NATO-nun şərq qanadının ərazisindəki logistika mərkəzi olan Almaniyadakı komandanlığın daxil olduğu Ukrayna ordusuna yardım və təlimlərin koordinasiyası üçün xüsusi missiyanın işə salınması üzərində fəal işləyirik. Bu işə 700-ə yaxın insan cəlb olunacaq”, - deyə o bildirib.

Oxşar xəbərlər

Praqada NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər