Gürcüstan kilsənin Konstitusiyadakı statusunu gücləndirmək niyyətindədir
Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası Konstitusiyada pravoslav kilsəsinin statusunu gücləndirmək niyyətindədir.
“Report” xəbər verir ki, bunu partiyanın təsisçisi Bidzina İvanişvili deyib.
Onun sözlərinə görə, 1995-ci ildən bəri Konstitusiyada din və kilsə ilə bağlı mövcud qeyd pravoslav kilsəsinin ölkənin həyatında oynadığı rolu düzgün əks etdirmir.
Siyasətçi bildirib ki, Gürcüstan dövlətinin kimliyinin sütunu olan Pravoslav Kilsəsinin statusu və missiyası Konstitusiya aydın şəkildə öz əksini tapacaqdır.
İvanişvili əlavə edib ki, əsas sənəd həm də kilsənin həm ölkə tarixində, həm də indiki reallıqda xüsusi rolunu əks etdirəcək. O, həmçinin vurğulayıb ki, Konstitusiya kilsənin müstəqilliyi və dini etiqad azadlığı prinsipini təsbit edəcək.
Oxşar xəbərlər
Gürcüstan hökuməti pravoslavlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Prezidenti Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyəti qadağan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda ziyarətgahların təhqir edilməsinə görə cəzanın sərtləşdirilməsi təklif olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və Azərbaycan yeparxiyasının yeni yepiskopu seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













