Gürcüstan hökuməti pravoslavlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır
Gürcüstan hökuməti katolik cərəyandan imtina edərək, pravoslav xristianlığı ölkənin əsas dini cərəyanı elan etməyə hazırlaşır.
APA-nın “1tv.ge” saytına istinadən xəbərinə görə, bu barədə Gürcüstan Patriarxlığının nümayəndəsi Andriya Djaqmaidze bildirib.
O deyib ki, bu addım kilsənin cəmiyyətdəki rolunun artırılmasına, eləcə də milli-mənəvi dəyərlərin qorunmasına yönəlib:
“Bu məqsədlə konstitusiyada dəyişiklik edilib-edilməyəcəyi barədə məlumatım yoxdur. Bizə dedilər ki, təklif kilsənin ictimai əhəmiyyətini artırmağa yönəlib. Bizim də bir sıra təkliflərimiz var, lakin onları müzakirələrin yekununda təqdim etməyi düşünürük”.
Onun sözlərinə görə, bu məsələ patriarxlığın avqustun 29-dakı iclasında müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb
Gürcüstanda parlament seçkilərinin vaxtı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
