KİV: Bayden hidrogenin istifadəsinin inkişafı üçün 62 milyon dollar ayırıb
ABŞ Prezidenti Cozef Bayden administrasiyası polad, sement və ağır nəqliyyatın karbonsuzlaşdırılması üçün əsas hesab edilən, yeni yaranmaqda olan hidrogen sənayesinin inkişafını sürətləndirmək üçün 62 milyon dollar ayırıb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, maliyyə vəsaiti ağır yükdaşıyan avtomobillərdə və liman avadanlıqlarında hidrogendən istifadə texnologiyalarının işlənib hazırlanması, həyata keçirilməsi, habelə hidrogen infrastrukturunun yaradılması üçün icazə prosesinin azaldılması üzrə 20 layihəni dəstəkləyəcək.
Maliyyələşdirmənin böyük hissəsi, yəni 40 milyon dollar yük maşınları üçün standartlaşdırılmış hidrogen yanacaqdoldurma məntəqəsinin yaradılmasına həsr olunub. Bu istiqamətdə iş 15 ştatda aparılır.
Ağ Ev bildirib ki, hidrogen iqlim məqsədlərinə nail olmaq üçün vacibdir və 2030-cu ilə qədər maya dəyəri 80 % azalaraq 1 kq üçün 1 dollara qədər azalmağa başlayacaq. Materialın müəllifləri xatırladıblar ki, hidrogen bərpa olunan enerji mənbələrindən istifadə etməklə sudan hasil edilir və istixana qazı emissiyaları olmadan yanacaq yaradır.
Oxşar xəbərlər
Çin daşqından zərər çəkmiş bölgələrə yardım üçün 65 milyon dollar ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜST-ə mpoxla mübarizəyə altı ayda 135 milyon dollar lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ qanadlı və gəmi əleyhinə raketlərin istehsalına 130 milyon dollar ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden 886 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ pandemiyalarla mübarizə fonduna 667 milyon dollar ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












