Çin daşqından zərər çəkmiş bölgələrə yardım üçün 65 milyon dollar ayırıb
Çin hökuməti daşqından zərər çəkmiş bölgələrə dəstək vermək üçün mərkəzi büdcədən 465 milyon yuan (indiki məzənnə ilə təxminən 65 ABŞ milyon dollarI) ayırıb.
"Report"un xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, vəsait Lyaonin, Szilin və Heylunszyan (ölkənin şimal-şərqi), həmçinin Şensi (şimal-qərb), Hunan (Mərkəzi Çin), Sıçuan əyalətlərində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Vəsait hesabına zərər çəkmiş ərzilərin abadlaşdırılmasını təmin etmək, normal istehsal fəaliyyətini və həyat tərzini bərpa etmək nəzərdə tutulur.
Məlumata görə, ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarəti səlahiyyətli orqanlar həyata keçirəcək. Onların saxlanması, mənimsənilməsi və xərclənilməsi ilə bağlı bütün qeyri-qanuni hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
