Rusiya FPX: Volqoqradda Penitensiar Xidmətin 4 əməkdaşı ölüb – YENİLƏNİB
Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində xəsarət alan Penitensiar Xidmətin əməkdaşı ölüb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin (FPX) mətbuat şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, İŞİD üzvlərinə müqavimət göstərərkən müxtəlif xəsarətlər alan dörd əməkdaşın biri həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Rusiyanın Federal Penitensiar Xidməti (FPX) Volqoqrad vilayətindəki 19 saylı kaloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürülməsi zamanı 3 koloniya əməkdaşının öldürüldüyünü açıqlayıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
“3 əməkdaş ölüb. Dördüncüsü sağ qalıb, yaşayacaq”, - FPX-nin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı koloniyada 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.
Cinayətkarlar kaloniyanın 4 əməkdaşına müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü ölüb. Müqavimət göstərən digər 4 nəfər xəstəxanaya yerləşdirilib. 4 məhkum da xəsarət alıb.
Daha sonra Rusiya Milli Qvardiyası xüsusi əməliyyatla girov götürən məhkumları zərərsizləşdirib; onlar dəqiq snayper atışları ilə məhv ediliblər.
Oxşar xəbərlər
Rusiya FPX: Volqoqradda kaloniyada girov götürülən 3 əməkdaş ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada məhbuslar girovları azad etmək üçün 2 milyon dollar tələb edirlər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada təcridxanada insident törədən məhbusların motivi bəlli olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Koloniya əməkdaşlarını girov götürən radikallar məhv edilib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












