Rusiyada təcridxanada insident törədən məhbusların motivi bəlli olub - YENİLƏNİB
Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürən məhbuslar bunu bu il aprelin 3-də “Crocus City Hall”a hücum edən terrorçuların qisasını almaq istəyi ilə əlaqələndiriblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Volqoqrad vilayətindəki tacik diasporunun rəhbəri Səidəhməd Məhmədov terrorçularla danışıqlara gedib. Regionda İctimai Nəzarət Komissiyasının üzvü Vadim Çerednik də vəziyyətdən asılı olaraq danışıqlarda iştirak edə bilər.
Daha əvvəl Volqoqrad məscidinin din xadiminin koloniyaya getdiyi məlum olsa da, onu hələ danışıqlara cəlb etməmək qərarına gəliblər.
Məlumata görə, zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti isə orta ağırdır.
Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının azad edilməsinə xüsusi təyinatlılar cəlb edilib.
"Sizinxeber.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, radikallar girovları azad etmək üçün 2 milyon dollar və helikopter tələb ediblər.
Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat aparılır.
Ümumilikdə koloniyada 1230 məhbus var.
Məlumata görə, radikallarla danışıqlar aparmaq üçün yaxın vaxtlarda Volqoqrad məscidindən din xadimi gətiriləcək.
Zərərçəkənlər arasında koloniyanın rəisi Andrey Devyatov da var. Məlumata görə, o reanimasiyadadır.
Qeyd edək ki, həbsxana əməkdaşlarının Özbəkistan və Tacikistan vətəndaşları tərəfindən girov götürüldüyü ehtimal olunur.
Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.
"Cəzaçəkmə müəssisəsinin intizam komissiyasının iclasında işçilər bir neçə məhbus tərəfindən girov götürülüb", - Rusiya Cəzaların İcrası Federal Xidmətindən bildirilib.
Bəzi Rusiya KİV-in məlumatına görə, üç nəfər ölüb, ən azı iki nəfər qaça bilib.
Oxşar xəbərlər
Rusiyada məhbuslar girovları azad etmək üçün 2 milyon dollar tələb edirlər - YENİLƏNİB
Rusiyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər
Putin təcridxanada baş verən insidentlə bağlı TŞ-nin təcili iclasını keçirib
Putin Volqoqradda istintaq təcridxanasında vəziyyətlə bağlı TŞ-nin iclasını çağırıb
Volqoqradda 3 təcridxana əməkdaşını qətlə yetirən məhbuslar İŞİD üzvləridir - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
Günəşdə güclü partlayış oldu
