Rusiya FPX: Volqoqradda kaloniyada girov götürülən 3 əməkdaş ölüb
Rusiyanın Federal Penitensiar Xidməti (FPX) Volqoqrad vilayətindəki 19 saylı kaloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürülməsi zamanı 3 koloniya əməkdaşının öldürüldüyünü açıqlayıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
“3 əməkdaş ölüb. Dördüncüsü sağ qalıb, yaşayacaq”, - FPX-nin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı koloniyada 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.
Cinayətkarlar kaloniyanın 4 əməkdaşına müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü ölüb. Müqavimət göstərən digər 4 nəfər xəstəxanaya yerləşdirilib. 4 məhkum da xəsarət alıb.
Daha sonra Rusiya Milli Qvardiyası xüsusi əməliyyatla girov götürən məhkumları zərərsizləşdirib; onlar dəqiq snayper atışları ilə məhv ediliblər.
Oxşar xəbərlər
Rusiyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər
KİV: Koloniya əməkdaşlarını girov götürən radikallar məhv edilib - YENİLƏNİB - 2
Rusiyada məhbuslar girovları azad etmək üçün 2 milyon dollar tələb edirlər - YENİLƏNİB
Rusiyada təcridxanada insident törədən məhbusların motivi bəlli olub - YENİLƏNİB
Volqoqradda İŞİD üzvləri təcridxananın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













