Ötən il oktyabrın 8-dən “Hizbullah” İsrailə 7 500 raket atıb
“Hizbullah” 2023-cü il oktyabrın 8-dən indiyədək 7 500-dən çox raket və 200 pilotsuz təyyarə ilə İsrailə hücum edib,
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Ynet” portal İsrail Baş nazirinin informasiya mərkəzinin hesabatına istinadən məlumat yayıb.
“Hizbullah” tərəfindən ən çox raket atışı iyul ayında qeydə alınıb (1 091 dəfə).
İsraillə “Hizbullah” arasında gərginlik yaranandan 24 mülki şəxs, Hindistanın bir vətəndaşı, həmçinin təhlükəsizlik qüvvəsinin 19 əməkdaşı həlak olub. 271 nəfər yaralanıb, 62 480 nəfər təxliyə edilib.
Raket atışları nəticəsində bugünədək İsrailin şimalında 39 min hektar ərazi yanıb.
Zərbələr kənd təsərrüfatı və turizm sənayesi üçün milyardlarla dollar itkilərə səbəb olub.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
