Polşa Cənubi Koreyanın silah tədarükünün maliyyələşdirilməsi təklifini qeyri-qənaətbəxş hesab edir
Polşa Cənubi Koreya hakimiyyətinin silah və hərbi texnikanın tədarükü üzrə müqavilələrin maliyyələşdirilməsi ilə bağlı hazırkı təklifini qeyri-qənaətbəxş hesab edir.
“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib.
“Birgə maliyyələşdirmə və ya maliyyə zəmanəti üçün yaxşı bir təklif olmalıdır ki, biz bunu qəbul edə bilək. Hələlik belə bir təklif (Cənubi Koreya tərəfdən – red.) almamışıq”, - o deyib.
Xatırladaq ki, 2022-ci ilin iyul ayında Varşava və Seul 980 ədəd “K2” tankı, 648 ədəd “K9” özüyeriyən artilleriya qurğusu, 48 ədəd Cənubi Koreya istehsalı olan yüngül tipli “FA-50” təyyarəsi tədarük etmək barədə razılığa gəliblər. Həmçinin 288 ədəd “K239 Chunmoo” reaktiv yaylım atəşi sistemlərinin tədarükü üzrə müqavilə imzalanıb. Əməliyyatların ümumi məbləği 12,4 milyard ABŞ dollarına çatır.
Oxşar xəbərlər
Polşa və ABŞ “Apache” zərbə helikopterinin tədarükü üzrə müqavilə imzalayıb
Polşa və ABŞ “Patriot” üçün 48 buraxılış qurğusunun istehsalına dair müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
