Əlcəzairli Baş katib BMT TŞ-nın işini kəskin tənqid edib
“İslahata ehtiyacı olan BMT Təhlükəsizlik Şurasının Afrika ölkələrinin zəkasına və məsuliyyət hissinə ehtiyacı var”.
“Sizinxeber.az” xəbər verir ki, bunu Nyu-Yorkda dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxış edən Əlcəzair Xarici İşlər Nazirliyinin Baş katibi Lunes Maqraman deyib.
“Bugünkü görüş çoxlu sayda problemlərin beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirdiyi kontekstdə keçirilir. Mövcud vəziyyət aparıcı güclərin artan qütbləşməsi ilə xarakterizə olunur. Biz BMT-nin prioritetlərinin seçilməsində beynəlxalq hüququn aşınmasını, ikili standartlardan istifadəni və seçmə yanaşmanı görürük”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası demək olar ki, tamamilə iflic vəziyyətindədir: “Onun işi qüdrətli dövlətlərin maraqlarına uyğun həyata keçirilir. Nəticə etibarı ilə beynəlxalq ictimaiyyət münaqişələrdən sonra böhranın necə uzandığını və bunun genişlənməsini sükutla izləyir. Bu, böhranları effektiv idarə etməyi çətinləşdirir”.
Oxşar xəbərlər
XİN başçısı: BMT TŞ-nin hərəkətsizliyinə görə İran İsrailə cavab vermək məcburiyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
