XİN başçısı: BMT TŞ-nin hərəkətsizliyinə görə İran İsrailə cavab vermək məcburiyyətindədir
sizinxeber.az xəbər saytı

XİN başçısı: BMT TŞ-nin hərəkətsizliyinə görə İran İsrailə cavab vermək məcburiyyətindədir


BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin təcavüzkar hərəkətlərinə qarşı çıxa bilmədiyinə görə İranın özünün HƏMAS təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsi ilə əlaqədar İsrailə cavab verməkdən başqa çarəsi yoxdur.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Ciddədə keçirilən növbədənkənar iclasında bildirib.

“Hazırda İsrail rejiminin təcavüzünə qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən heç bir tədbir görülmədiyinə görə İran İslam Respublikasının qanuni müdafiə kimi ayrılmaz hüququndan istifadə etməkdən başqa çarəsi yoxdur”, - o deyib.

Xatırladaq ki, iyulun 31-də Haniyənin ölümündən sonra İranın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya fələstinli siyasətçinin qətlini pisləyən bəyanat qəbul etməyi təklif etsə də, Böyük Britaniya, ABŞ və Fransa sənədi bloklayıb.

Oxşar xəbərlər

İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur
NYT: Xamenei İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib
İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib
İran İsrailə hücumu “qanuni və haqlı özünümüdafiə aktı” hesab edib
Haniyənin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər