Banqladeş XİN başçısı qadağaya görə Dəkkədən uça bilməyib
Banqladeşin istefa verən Baş naziri Şeyx Hasinanın hökumətində xarici işlər naziri olan Həsən Mahmud qadağaya görə Dəkkə hava limanından uça bilməyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Banqladeşin “Daily Observer” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Banqladeş XİN başçısı Dəkkə hava limanında olarkən onun ölkədən xaricə uçması qadağan edilib. Mahmudun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatı hava limanındakı mənbələr də təsdiqləyib.
Daha əvvəl Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palakın Hindistana qaçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanıldığı xəbər verilmişdi.
Oxşar xəbərlər
Banqladeşin sabiq informasiya naziri Hindistana qaçmaq istəyərkən saxlanılıb
Banqladeşdə etirazlarda bir gündə azı 56 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
